Azərbaycan Prezidenti ilham əliyevin dünən imzaladığı sərəncamla 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2.3 milyon manatını Ağdam rayonunun Kolqışlaq-Mirəşelli-əhmədağalı-Çıraxlı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Məsələ ilə bağlı Ağdam rayonu əhmədağalı bələdiyyəsinin sədri Elsanə Qasımova Belediyye.infoya açıqlamasında bildirib ki, sərəncamla uzun illərdir sakinlərimizin bu yolda çəkdiyi əzab-əziyyətə son qoyulacaqdır. Erməni işğalından əvvəl Çıraxlı kəndindən keçən yol düz Baş Qərvənd kəndinədək uzanırdı. Səksəninci illərdə hətta bu yola asfalt da vurulmuşdu.
Ancaq müharibənin acı nəticəsində hazırda Baş Qərvənd kəndinə gedən yolun bir hissəsi mənfur erməni silahlı qüvvələrinin işğalı altında qalıb. Ancaq o yoldan ayrılan Kolqışlaq-Mirəşelli-əhmədağalı istiqamətində ki, yol ağır texnikanın daimi hərəkəti, o cümlədən baxımsızlığın nəticəsində dağılmış vəziyytə düşmüşdü.
Prezidentimizin bu diqqətindən sonra sakinlərimiz, xüsusəndə təsərrüfatla məşğul olan əhalimiz bundan sonra daha yüksək səviyyədə salınacaq yolda hərəkət edə biləcəklər. Odur ki, Cənab Prezidentə kənd sakinləri adından təşəkkürümüzü bildiririk.
Bələdiyyə sədri sonda onu da bildirib ki, hazırda 5.4 kilometrlik yolda yol yatağının düzəldilməsi işləri həyata keçirilir. ərazidə görülən işlər Ağdam RiH başçısı Vaqif Həsənovun daim diqqət mərkəzindədir.
Qeyd edək ki, ötən il Quzanlı qəsəbəsində və rayonun kəndlərində abadlıq-quruculuq işləri davam etdirilib, həmçinin Prezident sərəncamıyla ayrılan vəsaitlə əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolu da istifadəyə verilib.
P.S. Fotoları Ağdam RiH -in baş memarı Abduləli Mehdiyev təqdim edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|